"Mançester Siti" baş məşqçi Xosep Qvardiolaya əvəzləyici tapıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Qvardiola 2023-cü ilin yayında komandanı tərk edə bilər. Əvvəllər “Selta”, “Roma”, “Barselona” və İspaniya millisinə rəhbərlik etmiş 52 yaşlı Luis Enrike klubda mütəxəssisin əvəzləyicisi hesab olunur.
2022-ci il noyabrın 23-də “Mançester Siti” Qvardiolanın klubla müqaviləsini 2025-ci ilin yayına qədər uzatdığını bildirib. “Daha iki il “Mançester Siti”də qaldığım üçün xoşbəxtəm, burada özümü yaxşı və rahat hiss edirəm. İşimi mümkün qədər yaxşı yerinə yetirmək üçün ehtiyacım olan hər şeyə sahibəm", - məşqçi qərarı şərh edib.
Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Bu müddət ərzində komanda üç dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Həmçinin onun rəhbərliyi altında şəhərlilər 2020/2021 mövsümündə Çempionlar Liqasının finalına yüksəlib.