Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəkili Ağaveyis Şahverdi prosesə gəlmədiyindən məhkəmə prosesi oktyabrın 9-a təxirə salınıb.
Qeyd edək ki, Mehman Səlimov ötən ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib. Mehman Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Mehman Səlimov 1995-99-cu müdafiə nazirinin ictimai-siyasi işlər üzrə müavini olub. Müdafiə Nazirliyi sistemindən istefa verdikdən sonra onun tikinti biznesi ilə məşğul olduğuna dair məlumatlar var idi.