Polisə atəş keçmiş məhkum məhkəmə qarşısında
0
0
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşlarına atəş açmaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə,hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən və zərərçəkmiş polis əməkdaşlarının anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası oktyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, Elvin Məmmədov əvvələr oğurluq hadisəsi törədiyi üçün Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 il 11 ay 28 gün müddətinə şərti cəza alıb. Hökmlə razılaşmayan prokurorluq protest verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən onun barəsində seçilmiş şərti cəza həbs qətimkan tədbiri ilə dəyişdirilib.
Onun barəsində daha bir cinayət əməli aşkarlanıb. Belə ki, Elvin Məmmədov yeni bir cinayət törətmək istərkən Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları əməliyyat keçirib. Bu zaman odlu silahla polislərə müqavimət göstərərək atəş açıb. O, hadisə yerindən qaçıb.
Elvin Məmmədov Cinayət Məcəlləsinin 228 (soyuq silah daşıma), 29.120 (öldürməyə cəhd) maddələri ittiham olunub.
0
0