İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.
Lent.az-ın ombusmanın saytına istinadən məlumatına görə, başçəkmədə məqsəd saxlanılma şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.
Həmin müəssisədə saxlanılan şəxslərdən Rauf Mirqədirov, Arif Yunusov və digərlər ilə təkbətək qaydada görüş keçirilib. Təklikdə söhbət zamanı onlar bu müəssisədə saxlanılma şəraiti, habelə müəssisə əməkdaşlarının rəftarından şikayət etməyib, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildirib.
Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.