Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən gürcü Guram Geguchadzenin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb.
Lent.az-ın məluymatına görə, hakim Rizvan Səfərov sədrliyi ilə keçirilən prosesdə Nizami rayon məhkəməsinin verdiyi hökm dəyişdirilib. Yeni hökmə əsasən Guram Geguchadzenin cəzası 1 il 6 aya endirilib.
Qeyd edək ki, Guram Geguchadzenin Cinayət Məcəlləsinin 234.1 ( qanunsuz narkotik maddələrin dövriyyəsi) təqsirləndirilib. Nizami rayon Məhkəməsinin hokum ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmlə razılaşmayan Guram Geguchadzenin apellyasiya şikayəti verib.