İki qardaşı güllələyib öldürən şəxsin vəkili: <span style="color:red;">"Sui-qəsd ola bilər"
09 oktyabr 2015 13:16 (UTC +04:00)

İki qardaşı güllələyib öldürən şəxsin vəkili: "Sui-qəsd ola bilər"

0

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı qətlə yetirməkdə təqsirli bilinən Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

 

Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Təqsirləndirilən şəxsin vəkili Mehman Əliyev vəsatət qaldıraraq bildirib ki, müdafiə etdiyi şəxs talasemiya xəstəsidir, qan azlığından əziyyət edir, səhhətində problemlər var: "O, xəstəlikdən əziyyət çəkdiyi üçün məhkəməyə xüsusi maşınla gətirilmədir. Bununla bağlı Petensiar xidmətə müraciət edilməlidir".  Hakim yerində müşavirəyə edərək, vəsatəti təmin edib.

 

Vəkil ikinci vəsatətində təqsirləndirilən şəxsə məhkəmədə sui-qəsd hazırlandığı ehtimalı olduğunu bildirib.  Məhkəmə yerində müzakirə edərək qərar qəbul edib. Qərarə əsasən, məhkəmə zalına gələn şəxslər xüsusi aparatla yoxlanmalı, telefon və digər aparatların məhkəmə zalına buraxılmamalıdır.

 

Vəkil üçüncü vəsatətində cinayət işi ilə tam tanış olmadıqlarını və bunun üçün məhkəmənin cinayət işinə baxmasına xitam verilməsini, istintaqa qaytarılmasını istəyib. Hakim vəsatəti təmin etməyib. Məhkəmə prosesi oktyabrın 14-də davam edəcək.

Qeyd edək ki, bu il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Leksus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid-Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq öldürüb və hadisə yerindən qaçıb. Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2. 4ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

 

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar