Qaçqınlara qarşı dələduzluq edənlərin məhkəməsi başladı
05 oktyabr 2015 14:11 (UTC +04:00)

Qaçqınlara qarşı dələduzluq edənlərin məhkəməsi başladı

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahirə Əliyeva, Vasif Hüseynov və Hüseyn Bağırovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin hazırlıq iclası təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.

Onlar Bakı şəhər sakinlərin etimadını qazanaraq məcburi köçkünlər üçün tikilən evlərdən mənzil alacaqları vəd etsələr də, verdikləri sözü tutmayaraq dələduzluq ediblər.

Təqsirləndirilənlərdən Tahirə Əliyeva zamindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar