Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəhruz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasınının hökmünə əsasən B. Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, keçən proses dövlət ittihamçısı məhkəmədən B.Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, B.Əliyev bir neçə şəxsdən dələduzluq yolu ilə 80 min manat pul alıb. O, həmin şəxslərə özünü "Bakcell" şirkətinin işçisi kimi təqdim edərək onları işə düzəldəcəyini vəd edib. Daha sonra tutulan B.Əliyev dəyən ziyanın 24 min manatını zərərçəkən şəxslərə ödəyib.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.