Şamaxıda oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki mağazaların birindən 950 manat pul oğurlanıb.
Şamaxı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər - şəhər sakinləri A.Abzərov, Ü.Vahidov və əvvəllər məhkum olunmuş N.Abdullayev saxlanılıblar.
N.Abdullayevin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrinin birindən 414 manat pul oğurlaması da müəyyən olunub.