Göyçayda sosial şəbəkələrdə vəzifəli şəxsləri təhqir edən həbs olunub.
Lent.az-ın məlumatına görə, rayon sakini 38 yaşlı Telman Nəcəfov (ad və soyad şərtidir) özünə məxsus tiktok sosial şəbəkə hesabında millət vəkillərini, icra başçıları və bir sıra məmurları təhqir edirmiş.
O, bu qanunsuz əməllərinə görə saxlanılıb və barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
Telman ifadəsində əməlindən peşman olduğunu deyib.
Məhkəmənin qərarı ilə onun barəsində 10 gün müddətinə inzibati həbs cəzası təyin olunub.