Kafedə müştərinin 7 min manatı OĞURLANDI
15 iyul 2022 12:43 (UTC +04:00)

Kafedə müştərinin 7 min manatı OĞURLANDI

0

Bakıda kafedə oğurluq olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə rayon ərazisindəki kafelərin birində Bakı şəhər sakini E.Mikayılovun çantasından 7000 manatının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1762

Oxşar yazılar