Baş Prokurorluqda yeni kadr təyinatı olub.
Lent.az-ın məlumatına görə, bu barədə baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Ocaqverdiyev Əmir İlham oğlu Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin rəisi təyin edilib.
Həmçinin baş prokurorun digər əmrilə Kürdəmir rayonunun bu gün vəzifəsindən azad edilən prokuroru Əlixan Əliyev Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idərisinin böyük prokuroru təyin olunub. Bundan əvvəl həmin vəzifədə Vüqar Nəsibov çalışıb. O, isə Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.