Bakıda iki gün əvvəl itən tələbə tapılıb.
Tələbənin yaxınları Lent.az-a bildirib ki, polis əməkdaşları Vasif Abdinovu avtovağzal ərazisində tapıblar.
"İndi onu götürmək üçün polisə gedirik".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edərək naməlum istiqamətə gedən 19 yaşlı Abidinov Vasif Elnur oğlunun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və o, polis şöbəsinə gətirilib.
Araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib.
Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub.
Hazırda onunla profilaktik söhbət aparılır, bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb.

***
saat 22:11
Bakıda tələbə itkin düşüb.
Yaxınlarının Lent.az-a verdiyi məlumata görə, 19 yaşlı Abidinov Vasif Elnur oğlundan iki gündür xəbər yoxdur.
Gəncə Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsi olan Vasif tətili Bakıda keçirmək üçün əmisigilə qonaq gəlib.
O, iki gün əvvəl Günəşli parkında görünüb. Ondan sonra Vasifdən xəbər yoxdur.
Hadisə ilə bağlı polisə məlumat verilib.
DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, 19 yaşlı şəxs barəsində axtarış elan edilib.
Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Nəticəsi barədə məlumat veriləcəkdir.