Bakıda evlərdən silsilə oğurluqlar edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları oğurluq etdiyinə görə tutulan Z.Hüseynovun ətrafında aparılan əməliyyat-istintaq tədbirləri keçirib.
Nəticədə onun müxtəlif vaxtlarda daha 14 evdən ümumilikdə 4630 manat pul, 16800 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən olunub.