Şəmkirdə intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd sakini 49 yaşlı Əhmədov Vüqar Qulu oğlu yaşadığı evin həyətindəki köməkçi tikilidə özünü asıb.
Onun hansı səbəbdən intihar etməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.