Zəlzələ zonasını ən son azərbaycanlı xilasedicilər tərk edib
11 mart 2023 23:21 (UTC +04:00)

Zəlzələ zonasını ən son azərbaycanlı xilasedicilər tərk edib

0

Zəlzələ baş verəndən sonra xarici ölkələrdən Türkiyəyə gələn axtarış-xilasetmə qruplarının hamısı ölkələrinə geri dönüb. 

Lent.az-ın xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

O qeyd edib ki, 90 ölkədən 11 min 320 nəfər Türkiyədə axtarış-xilasetmə işlərinə cəlb olunmuşdu: “Ən son Can Azərbaycan qalmışdı. Can Azərbaycan da işlərini tamamladığından sonra geri döndü”. 

O, həmçinin, zəlzələ bölgəsində xarici ölkələr tərəfindən qurulan 32 səhra hospitalından 12-nin fəaliyyətinin davam etdiyini də əlavə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1583

Oxşar yazılar