Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ABŞ Prezidenti Co Baydenlə görüşüb.
Lent.az xəbər verir ki, bu barədə Ursula Fon der Lyayen “Twitter” hesabında paylaşım edib.
ABŞ-da keçirilən görüşdə iqtisadiyyat, qitələr arasında ticarət və Rusiyanın Ukraynaya qarşı müharibəsi müzakirə edilib.
Həmçinin Rusiyaya qarşı sanksiyaların tətbiqini gücləndirmək barədə razılığa gəlinib.