"Qalatasaray" "Fənərbaxça"nı darmadağın  etdi
26 aprel 2026 23:04 (UTC +04:00)

"Qalatasaray" "Fənərbaxça"nı darmadağın etdi

0

Türkiyə Superliqasında İstanbul derbisi “Qalatasaray”ın inamlı qələbəsi ilə başa çatıb.

Lent.az xəbər verir ki, “sarı-qırmızılar” öz meydanında “Fənərbağça”nı 3:0 hesabı ilə məğlub edib.

Oyunda hesabı 40-cı dəqiqədə Viktor Osimhen açıb. İkinci hissədə Barış Yılmaz 67-ci dəqiqədə penaltidən fərqi artırıb.

Görüşün sonlarında Lukas Torreyra 83-cü dəqiqədə üçüncü qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

“Fənərbağça” isə 62-ci dəqiqədə Ederson Moraesin qırmızı vərəqə alması ilə azlıqda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar