Meydan TV-nin əməkdaşı həbsdə qaldı
12 oktyabr 2015 11:03 (UTC +04:00)

Meydan TV-nin əməkdaşı həbsdə qaldı

0

 

 

Bu gün Bakı Apelyasiya Məhkəməsində Meydan TV-nin əməkdaşı Şirin Abbasovun apelyasiya şikayətinə baxılıb.

 

Lent.az-ın məlumatına görə, hakim Həsən Əhmədov sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti təmin edilməyib.

 

Şirin Abbasov məhkəmədə ona elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini, polisə müqavimət göstərmədiyini deyib.

 

Qeyd edək ki, Şirin Abbasov  DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Reketçiliklə və hədə-qorxu ilə tələbetmə şöbəsi tərəfindən saxlanılıb. Jurnalistə polisə müqavimət maddəsi ilə 30 sutka azadlıqdan məhrumetmə cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar