Gəncədə günəbaxan tumu sexində baş verən yanğın məhdudlaşdırılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, yanğın nəticəsində 1500 kvadratmetr sahə yanıb.
***
05:38
Gəncədə yanğın başlayıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində yerləşən günəbaxan tumu sexində qəfil yanğın baş verib.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhəri və ətraf rayonlardan yanğınsöndürən qüvvələri cəlb olunub.
Yanğının geniş olması söndürmə işlərində çətinliklər yaradıb.
Hazırda alovun qarşısının alınması istiqamətində işlər davam etdirilir.