TƏRƏZİ BÜRCÜ 23 Sentyabr - 22 Oktyabr

Doğum cədvəlinin hesablanması

Astroloji cədvəliniz sizə nə deyə bilər?

Bu gün yeni biliklər əldə etmək və özünüzü inkişaf etdirmək üçün çox uyğun zamandır. Siz yeni ideyalara açıq olacaqsınız və bu, sizi irəli aparacaq. Səyahət planları və ya təhsil ilə bağlı qərarlar gündəmə gələ bilər. Şəxsi münasibətlərdə isə harmoniyanı qorumaq sizin üçün vacib olacaq. Bəzi qərarlar vermək üçün daxili balans tapmağa çalışacaqsınız. Günün sonunda isə özünüzü daha motivasiyalı hiss edəcəksiniz.

Bu həftə sənin üçün münasibətlərdə balans və qərar vermək mövzusu əsas olacaq. Həftənin əvvəlində tərəddüdlər yaşaya bilərsən və bu səni bir qədər yoracaq. İş həyatında seçim etməli olacağın bir vəziyyət ortaya çıxa bilər və bu qərar gələcək planlarına ciddi təsir göstərə bilər. Sevgi həyatında isə romantika ilə yanaşı bəzi anlaşılmazlıqlar da mümkündür. Sən hər şeyi harmoniya içində saxlamaq istəyəcəksən, amma bəzən bu mümkün olmayacaq. Maddi baxımdan isə ümumi sabitlik qorunur. Həftənin ortasında sosial çevrən genişlənə bilər və yeni insanlarla tanış ola bilərsən. Bu həftə sən daha çox “hamını razı salım” düşüncəsi ilə hərəkət edəcəksən, amma bu səni daxildən yoracaq. Öz istəklərini də nəzərə almaq vacibdir. Bəzi insanlara “yox” demək məcburiyyətində qala bilərsən. Həftənin sonunda isə özünü daha balanslı və rahat hiss edəcəksən.

May ayı Tərəzi bürcü üçün balans və qərar ayı olacaq. Bu ay həyatında mühüm seçimlər edə bilərsən. Özünü daha düşüncəli hiss edəcəksən. Daxili balans axtarışında olacaqsan. İş həyatında yeni imkanlar yarana bilər. Bu imkanlar səndən cəsarət tələb edəcək. Qərarsızlıq sənə mane ola bilər. Özünə güvənmək vacibdir. Maliyyə baxımından vəziyyət orta səviyyədə olacaq. Gəlir sabit qalacaq. Lakin əlavə xərclər çıxa bilər. Büdcəni planlamaq lazımdır. Sevgi həyatında romantika artacaq. Münasibətdə olan Tərəzilər üçün gözəl günlər gəlir. Partnyorla münasibət daha da möhkəmlənəcək. Subay Tərəzilər üçün isə yeni sevgi ehtimalı var. Bu tanışlıq sənin üçün xüsusi ola bilər. Emosional olaraq açıq olacaqsan. Ailə ilə münasibətlər yaxşı olacaq. Dəstək görəcəksən. Evdə harmoniya hiss olunacaq. Dostlarla münasibətlər güclənəcək. Sosial tədbirlərdə iştirak edə bilərsən. Yeni insanlarla tanışlıq ehtimalı var. Yaradıcılıq qabiliyyətin artacaq. Dizayn və incəsənət sahəsində uğur qazana bilərsən. Sağlamlıq baxımından diqqətli ol. Yorğunluq hiss edə bilərsən. Dincəlmək vacibdir. Ayın ortasında sürpriz xəbər ala bilərsən.

2026-cı il Tərəzi üçün tarazlıq axtarışı ilidir. Münasibətlər əsas mövzu olacaq. İl boyu qərar vermək çətinləşə bilər. Ancaq intuisiya kömək edəcək. İş həyatında əməkdaşlıqlar artacaq. Tək işləmək çətin olacaq. Maddi məsələlərdə orta yol tapılacaq. Gəlir və xərclər balanslanacaq. Ailə münasibətləri daha harmonik olacaq. Anlaşma artacaq. Sevgi həyatında romantika ön planda olacaq. Münasibətlər dərinləşəcək. Tək Tərəzilər üçün ciddi tanışlıqlar mümkündür. Keçmiş əlaqələr təsir göstərə bilər. Seçim etmək lazım olacaq. Dostluqlarda ədalət önəmli olacaq. Haqsızlıqlara dözməyəcəksən. Sağlamlıqda bel və böyrəklərə diqqət lazımdır. Stress fiziki təsir göstərə bilər. Estetik mövzular maraq doğuracaq. Öz görünüşünə diqqət artacaq. Yaradıcılıq qabiliyyəti yüksələcək. Sənət mövzuları uğurlu olacaq. İl ortasında daxili konflikt yaşana bilər. Bu, dəyişiklik gətirəcək. Prioritetlər aydınlaşacaq. Öz istəklərini daha yaxşı anlayacaqsan. Başqalarını razı salmaq azalacaq. Öz ehtiyacların ön plana çıxacaq. Ailə və iş balansı qurulacaq. İl sonuna doğru rahatlama gələcək. Qərarlarında daha qəti olacaqsan. Münasibətlərdə sabitlik yaranacaq. Daxili harmoniya artacaq. Özünü daha güvənli hiss edəcəksən. 2026 tarazlıq ilidir.

Tərəzilər yüksək intellektə malikdirlər. Onların diqqətini çəkmək üçün öz müsbət xüsusiyyətlərinizi göstərin. İncəsənətlə bağlı bütün söhbətlərdə aktiv iştirak edirlər. İstər mövzu rəsm sərgisindən, ya da filmdən düşsün, öz fikrinizi mütləq söyləyin. Görəcəksiniz ki, sizin fikriniz onların fikirləri ilə üst-üstə düşür.

Tərəzi ilə yaxından tanış olmaq üçün ilk görüşünüzdə onu konsertə və ya teatr tamaşasına dəvət etsəniz yaxşı olar. Seçimdə diqqətli olun, Tərəzi klassikanı çox sevir. Ona görə də, seçdiyiniz sənət əsəri mütləq bu stildə olmalıdır.
Oxuduğunuz kitablar haqqında danışın. Poeziyanı çox sevdiyindən öz aktyorluq sənətinizə, şeir demək qabiliyyətinizə inamınız varsa, əzbər bildiyiniz şeri söyləyə bilərsiz. Bu onların ürəyincə olacaq.
Şeir yazıb-yazmadığını soruşun. Əgər yazıbsa, onda söyləməsini xahiş edin. Şeir ürəyinizcə olmasa da yenə tərifləyin.
Kompliment söyləməyi unutmayın, amma eyniliyə yol verməyin. Əgər dünən gözəlliyini tərifləmisinizsə, bu gün onun ağlına və istedadına heyran olduğunuzu söyləyin.
Tərəzi zövqlə seçilən bahalı hədiyyələri sevir. Ailə münasibətlərində Tərəzilər dava-dalaşdan, söz-söhbətdən qaçırlar. Siz də buna cəhd etməyin.
Onlar başqalarından fərqli olaraq, çox vaxt güzəştə gedirlər və ailə problemlərini özləri düzüb-qoşurlar. Bunu nəzərə alın ki, Tərəzi evdə təmizliyi, sakitliyi, rahatlığı sevir. Evdə canlı gülləri saxlamağı unutmayın. Kişi Tərəzi və qadın Tərəzi uşaqlarını çox sevir. Ailəsinə, uşaqlarına görə hər şeydən keçirlər. İşdə, kollektivdə həmişə hamı ilə mehriban dolanırlar.

 

TƏRƏZİ BÜRCÜ KİŞİLƏRİ

O, Tərəzi bürcü altında doğulduğuna görə harmoniya və tarazlığa can atır. Onun həssas xarakteri ətrafdakı qayda-qanun və sakitlikdən xoşbəxt olur. Adətən idmanla məşğul olmağı çox da sevmir; atletik qədd-qamətl yoxdur, daha çox stolüstü oyunlarla rnaraqlanır.
Yaxşı həmsöhbətdir- Xeyirxahdır, ədalət hissilə hər şeyə bərabər yanaşır. Nəzakətlidir, diplomatikdir, yumoru əla başa düşür. Xaraktercə sülhsevər olsa da ədalət uğrunda vuruşa qadirdir.Bizneslə əla məşğul olur. İnstinktiv şəkildə kompromislərə meyl edir, konfliktli tərəfləri barışdırmağa can atır Onun gözəl intuisiyası var; onu aldatmağa çahşmayın, hər şeyi görə bilir. Bununla belə, insanı başa düşməyə çalışır; öz şəxsi sevgi və meyllərini göstərmədən tutduğu mövqedə dayanır. Həddən artıq emosionallıq göstərmir; dava-dalaşı və oyunbazlıqları xoşlamır. Kişi
tərəzi memarlığı, rəssamlığı, musiqini və qadınları sevir- Gözəllik vurğunudur. Qadınlarla rəftarı bacarsa da, son məqamda, axırıncı addımda çətinlik çəkir, çünki ifrat dərəcədə hər şeyi götür-qoy edir, ölçüb-biçir. Hər sev ideal olmmalıdır. Kişi tərəzi yataqda öztərəfdaşını tam təmin etməyə can atır. Onun fikrincə, seksual akt hər ikisinə məmnunluq gətirməlidir. Tərəzi kişilər tərif və yaltaqlığı xoşlayırlar, belə hallara yaxşı reaksiya verirlər. Lakin emosionallıqdan zəhlələri gedir. Qadının çığır-bağırına, oyunbazlığına dözmür, öz istədiklərinə nail olurlar. Tərəzi erkən yaşından qızlarla maraqlanır. Yaxşı geyimli, uzun saçlı, qalın dodaqlı qadınlara qarşı zəifliyi var.

 

 

TƏRƏZİ BÜRCÜ QADINLARI

Bu bürc altında doğulan qadınlar öz gözəllikləri və üzlərinin zərif dəriləri ilə məşhurdurlar. Onlar instinktiv şəkildə incə şeyləri hiss edirlər. Gözəlliyin bütün təzahürlərindən zovq alırlar. Otaqları, yaşayış yerləri bər-bəzəkli və qəşəng olur.
Bu zəriflik kişilərə münasibətdə də özünü göstərir; onu müşayiət edən kişi gərək barmaqdakı brilyant kimi olsun. Elə görünür ki,
tərəzi öz gözəlliyinə baxıb zövq alır; ancaq əslində özünütənqid onda çox güclüdür. O, yüksək standartlar üzrə özündə düzəliş və dəyişikliklər etməyə hazırdır; elə ona görə də bu qadın gözəl hesab olunur. Tərəzi qadınlar qeyri-sabitdirlər, hər hansı bir cəlbedici kişilə flirt yara bilərlər. Onların sevgisi dərin deyil. Tərəzi qadına əmr etməyə cəhd göstərməyin. Qulaq asmayacaq. Təkid etsəniz, daha böyük inadkarlıqla üzləşəcəksiniz. Nəvazişkar sözlər və inandırma – onun neqativ münasibətini aradan qaldırmağın yeganə yoludur. Son dərəcə qadınlıq məlahətilə yanaşı, ağlı, bəlagəti, fəallığı var. Çətin vəziyyətə düşərkən tamamilə köməksiz ola bilər; passiv şəkildə oturub kor kimi kömək gözləyəcək. O, gözəldir, hərtərəflidir və qəsdən, şüurlu şəkildə şirnikləndiricidir.