Doğum cədvəlinin hesablanması
Astroloji cədvəliniz sizə nə deyə bilər?
Bu gün münasibətlər sahəsi sizin üçün əsas mövzu olacaq. Siz yaxın insanlarla daha açıq və səmimi ünsiyyət qurmaq istəyəcəksiniz. Bəzi məsələləri aydınlaşdırmaq üçün uyğun zamandır. Kompromisə getmək münasibətləri daha da gücləndirə bilər. İş sahəsində isə əməkdaşlıq sizə uğur gətirəcək. Günün sonunda isə özünüzü daha rahat hiss edəcəksiniz.
Bu həftə sənin üçün hərəkət, dəyişiklik və yenilik ehtiyacı ilə keçəcək. Həftənin əvvəlində yeni planlar quracaq və həyatında fərqli istiqamətlər haqqında düşünəcəksən. Sanki eyni rutin artıq səni sıxmağa başlayıb və bundan çıxmaq istəyirsən. İş həyatında risk almaq istəyə bilərsən, amma hər addımı diqqətlə analiz etmək vacibdir. Həftənin ortasında bir qədər qarışıqlıq və qərarsızlıq yaşana bilər. Sevgi həyatında isə gözlənilməz sürprizlər və maraqlı hadisələr mümkündür. Maddi baxımdan dəyişkənlik hiss olunacaq. Bu həftə sənə rutin həyat dar gələcək və yeni təcrübələr axtarmağa başlayacaqsan. Bəzən qərarsızlıq səni geri saxlayacaq. Amma bu, müvəqqətidir. Həftənin sonunda isə daha konkret qərar verəcək və öz yolunu daha aydın görəcəksən.
May ayı Oxatan bürcü üçün hərəkətli və macəralı olacaq. Bu ay özünü daha azad hiss edəcəksən. Yeni təcrübələr yaşamaq istəyəcəksən. Səyahət planları ön plana çıxa bilər. Uzaq yerlərə getmək arzun arta bilər. İş həyatında yeniliklər baş verə bilər. Yeni layihələrə qoşulacaqsan. Bu layihələr sənə təcrübə qazandıracaq. Bəzən diqqətini toplamaq çətin olacaq. Planlı olmaq vacibdir. Maliyyə baxımından orta səviyyədə sabitlik olacaq. Gəlirində ciddi dəyişiklik gözlənilmir. Lakin əlavə qazanc imkanı yarana bilər. Xərclərə diqqət etmək lazımdır. Sevgi həyatında aktivlik artacaq. Subay Oxatanlar üçün yeni tanışlıqlar çox olacaq. Flört dolu günlər yaşayacaqsan. Bu tanışlıqların bəzisi qısa müddətli ola bilər. Münasibətdə olan Oxatanlar üçün isə azadlıq mövzusu ön plana çıxacaq. Partnyorunla açıq danışmaq vacibdir. Ailə ilə münasibətlər yaxşı olacaq. Dəstək görəcəksən. Evdə müsbət enerji hiss ediləcək. Dostlarla vaxt keçirmək istəyəcəksən. Sosial həyatın canlanacaq. Yeni insanlarla tanış olacaqsan. Sağlamlıq baxımından enerjin yüksək olacaq. Lakin həddindən artıq yorulmaqdan qaçın. İdman və aktiv həyat tərzi sənə uyğundur. Yaradıcılıq qabiliyyətin artacaq. Yeni ideyalar ortaya çıxacaq. Ayın ortasında gözlənilməz təklif ala bilərsən. Bu təklif sənin üçün faydalı ola bilər. Ayın sonu isə daha sakit keçəcək. Özünü dəyərləndirmək istəyəcəksən. Bu ay sənə azadlıq və təcrübə gətirəcək.
Ulduzlar sistemində 9-cu yeri tutan bu bürc təxminən noyabr ayının 23-dən başlayaraq dekabrın 21-nə qədər (29 gün) davam edir. Ünsürü od, planeti Yupiter, uğurlu günü cümə axşamı, uğursuz günü şənbə, düşərli rəqəmi 5, numeroloji rəqəmi 9, uğurlu çiçəyi nərgiz, enerjisini artıran ağacı tut və ağcaqayın, metalı qurğuşundur. Oxatanla tanış olan zaman ilk söhbəti heyvanlar haqqında başlasanız yaxşı olar. Oxatan evində it saxlamasa da, onlar haqqında çox maraqlanır. Cəngəllik qanununun cəmiyyətdə işləməsini, yırtıcılarla zəiflərin təması məsələsini açıqlayın. İlk görüşü açıq havada təyin etsəniz yaxşı olar.
Oxatanlar hədiyyə almağı çox sevir. Bunun üçün çox pul xərcləmək lazım deyil. Bu bürcün sahibləri elə insanlardır ki, hədiyyənin bahalı və ucuz olması yox, sizin ona diqqətiniz üçün vacibdir.
Oxatanlar çox ünsiyyətcildirlər. Onların dünya görüşü çox geniş olduğundan, hər barədə söhbət etmək olur. Lakin laqeyd və passiv həmsöhbətdən tez bezirlər.
OXATAN BÜRCÜ KİŞİLƏRİ
Onunla elə ilk görüşdə siz həyati gücünüzün artdığını hiss edəcəksiniz. O, şəndir, füsunkardır, hazırcavabdır. Və sizə elə gələcək ki, siz onun ömründə rast gəldiyi ən cazibədar qadınsınız.
Özünüzü aldatmayın. Diqqətlə fikir versəniz, görərsiniz ki, o otaqdakı hər bir qadını müşahidə edir və həqiqət budur ki, hamısını istəyir.
Gözəl bir qadın içəri girsə, ona yaxınlaşıb tanış olacaq. Sonra isə telefon zəngləri, güf-çiçək, konfet və digər hədiyyələr ilə onu üzəcək.
Romantik əlaqələrdə o, idealistdir və befə hesab edir ki, növbəti qadın onun yeganəsi olacaq. Nə qədər məyus olsa da, optimizm azalmır; hər gün özü ilə yeni imkanlar gətirə bilər.
Kişi oxatan sentimentaldır, çox həssas ürəyi İstəyir ki, dərin sevgiylə vurulsun, ancaq əlaqələrində ehtiyatlıdır. Heç bir əlaqəsi uzun müddət davam etmir çünki təbiətən boş yerdə özü üçün problem yaradır. Qısqanc qadınları sevmir. Sıx münasibətlərə hazır deyil, sevgiyə çox yüngüf yanaşır. Elə ona görə də təcrübəli qadınlarla əlaqəyə üstünlük verir, çünki onlar da sevgini oxatan kimi yüngülcəsin ə qəbul edirlər. Sevgidə üzərinə heç bir öhdəlik götürmür. Heç vaxt nə istədiyini aydın şəkildə anlamır.
Oxatan kişilər açıqürəkli və söhbətcildirlər. Dostu və sevgilisini başa düşməyə çalışırlar. Hər şeyə qarşı həssasdır, kamilliyə can atır, sevdiyi şəxsdən tam mənəvi uyğunluq tələb edir.
OXATAN BÜRCÜ QADINLARI
Qadın oxatan sevgili seçməkdə bir o qədər də tələbkar deyil; kişi onu müəyyən bir cəhəti ilə cəlb edə bilər və mümkündür ki, Oxatan qadın arzuedilməz keyfiyyətlərə heç diqqət kəsilməsin. Lakin o, dərin emosional meylə qadir deyil və romantik əhval-ruhiyyənin şıltaqlarına uymağa hazırdır. Eyni zamanda əgər əlaqə puça çıxsa, buna fəlsəfi baxımdan yanaşacaq. Bir müddətdən sonra yeni sevgili peyda olacaq — elə isə ruhdan düşüb məyus olmağa dəyərmi? Sevgi oyunlarında qumarbazdır. O, şöhrətpərəst, açıq ürəkli və səxavətlidir. Xeyirxah və azadlıqsevərdir. Heç kim onun səyahətinə mane olmamalıdır. Oxatan qadınlara daimə rəngarənglik və ilham mənbəyi zəruridir. Təklikdə xoşbəxt ola biimirlər; gərək ətrafdakılar ilə öz səadətini bölüşsünlər. Oxatan bürcü altında doğulan qadın çox ümidləri verən tərəfdaş ilə seksə razılıq verər, lakin onu daha çox dostluq və romantik sərgüzəştlər maraqlandırır.